Xəbər lenti

ABŞ Putinə görə daha az narahat olmalıdır - Tramp
Dünya 14:26 03.03.2025

ABŞ Putinə görə daha az narahat olmalıdır - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, diqqəti daha çox ölkədə qeyri-qanuni miqrantlarla və cinayətkarlıqla mübarizəyə yönəltmək lazımdır, nəinki Vladimir Putinə görə narahat olmağa.  

Qaynarinfo xəbər verir ki, bu barədə Amerika lideri sosial şəbəkədə paylaşım edib.  

Trampın sözlərinə görə, bu, "Avropa ilə eyni vəziyyətə düşməmək üçün" vacibdir.  

"Biz Putinə görə daha az narahat olmalı, bunun əvəzinə zorakı miqrant bandalarına, narkobaronlara, qatillərə və ölkəmizə daxil olan psixiatrik xəstələrə daha çox diqqət yetirməliyik – Avropa ilə eyni vəziyyətə düşməmək üçün!" – ABŞ Prezidenti yazıb.  

UNİAN xatırladır ki, daha əvvəl ABŞ və Ukrayna prezidentləri arasında Oval kabinetdə yaşanan mübahisə Tramp və Putinin görüşünü sürətləndirə bilər. KİV-in məlumatına görə, belə bir senari ABŞ administrasiyasında "qapalı qapılar arxasında" müzakirə olunur. Trampın məqsədinin Rusiya ilə sərfəli iqtisadi sazişlər bağlamaq olduğu ehtimal edilir.  

Bundan başqa, ABŞ-da amerikalı investorların dəstəyi ilə Rusiyanın "Şimal axını – 2" qaz kəmərinin Avropaya yenidən işə salınması layihəsinin hazırlandığı bildirilir. Bu da Trampın Moskva ilə yaxınlaşmasının miqyasını göstərir.  

Ekspertlərin fikrincə, Trampın Putinə "qucaq açmasının" səbəblərindən biri Moskva ilə Pekin arasında qarşıdurma yaratmaq istəyidir. Lakin indi Rusiyanı Çindən ayırmaq çətin olacaq, çünki bu iki ölkə hərbi və kəşfiyyat əməkdaşlığını dərinləşdirib və xarici siyasətlərini uzlaşdırıblar.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->