Xəbər lenti

ABŞ Putinlə adı hallanan o qadını da qara siyahıya saldı
Dünya19:33 02.08.2022

ABŞ Putinlə adı hallanan o qadını da qara siyahıya saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar sanksiya siyahısına yeniləyib , siyahıya Alina Kabayeva, bir neçə rusiyalı oliqarx və Rusiya qoşunları tərəfindən işğalından sonra qondarma DXR hakimiyyəti tərəfindən Mariupol şəhərinin "meri” vəzifəsinə təyin edilmiş Konstantin İvaşenko əlavə edilib. 
Qaynarinfo xəbər verir ki, bundan əlavə, siyahıda Rusiya tərəfindən yaradılmış Xerson vilayətinin "hərbi-mülki administrasiyası” rəhbərinin müavini Kirill Stremousov və onun rəhbəri, Xerson vilayətinin "başçısı” Vladimir Saldo da var.
Siyahıya Rusiyanın ən varlı milyarderləri də daxildir: "FosAgro”nun keçmiş baş direktoru Andrey Quryev və oğlu, beynəlxalq gübrə istehsalçısı "Evroxim” və kömür-energetika şirkəti SUEK-in keçmiş rəhbəri Andrey Melniçenko,  "Novorossiysk dəniz ticarət limanı” ASC-nin və "Şeremetyevo beynəlxalq hava limanı” ASC-nin Direktorlar şurasının keçmiş sədri Aleksandr Ponomarenko, "Boru metallurgiya şirkəti”nin Direktorlar şurasının keçmiş sədri və "Sinara” QSC-nin sahibi və sədri Dmitri Pumpyanski, Magnitogorsk metallurgiya kombinatının Direktorlar şurasının sədri Viktor Raşnikov.
Bunlardan əlavə, Rusiya Federasiyası Nazirlər Kabinetinin qərarı ilə "perspektivli layihələrə investisiya yatırılması” məqsədilə yaradılmış "Perspektivli sənaye və infrastruktur texnologiyaları” SC-nin baş direktoru olan iş adamı Anton Urusov və Ümumrusiya Sambo Federasiyasının prezidenti Sergey Eliseyev də daxil edilib. 
Siyahıya, həmçinin Rusiyanın birbaşa investisiya fondunun (RBİF) rəhbəri Kirill Dmitriyevin həyat yoldaşı, Putinin qızı Yekaterina Tixonovanın rəhbərlik etdiyi "İnnopraktika” təşkilatında "layihə təşəbbüskarı” kimi tanınan Natalya Popova və oliqarx Andrey Quryevin oğlu, "İnnopraktika”nın Himayəçilər Şurasının üzvü Andrey Andreyeviç Quryev də daxil olub.
Bundan başqa, 36 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilir.
Nizami Bağırov