Xəbər lenti

ABŞ raketlərinin daha uzağa uçmasını təmin etmək üçün işə başladı – Hədəf Çin
Dünya15:19 02.08.2023

ABŞ raketlərinin daha uzağa uçmasını təmin etmək üçün işə başladı – Hədəf Çin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon və ABŞ Konqresi raket və reaktiv sursatların yanacağının kimyəvi tərkibini dəyişməklə uçuş məsafəsini artırmaq və bununla da Çini cilovlamaqla Sakit okean regionunda təsirini gücləndirməyi nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Konqresin iki əməkdaşına və iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, keçən həftə ABŞ Senatı raket yanacağında istifadə olunan kimyəvi maddələrin istehsalına 13 milyon dollar ayıracaq qanun layihəsini təqdim edib. Reuters qeyd edir ki, qanun layihəsi qəbul olunarsa, bu təşəbbüsün həyata keçirilməsi Senatın növbəti maliyyə ili üçün (2023-cü il oktyabrın 1-dən başlayır) qəbul etdiyi müdafiə büdcəsindən həyata keçiriləcək ki, bu da rekord 886 milyard dollardır.
 Agentliyin həmsöhbətləri bildiriblər ki, raketlərin modernləşdirilməsi proqramının qəbulu ilə bağlı ikipartiyalı razılaşma artıq əldə olunub. "Hind-Sakit okean regionunda məsafə və Çin donanmasının böyüklüyü ABŞ-ın uzaq hədəflərə çata biləcək daha çox gəmi əleyhinə raketlərə ehtiyacı olduğunu göstərir", - deyə Nümayəndələr Palatasının Çin Kommunist Partiyasının Məsələləri üzrə Komitəsinin sədri Mayk Qallaher Reuters-ə bildirib. 
Təkmilləşdirmə planı ilə tanış olan mənbələr Reuters agentliyinə bildiriblər ki, ABŞ ordusu yanacaqda partlayıcı maddə olan CL-20-ni istifadə etməyi planlaşdırır. Pentaqonun yüksək rütbəli rəsmisi agentliyə bildirib ki, bu maddənin raket yanacağında istifadəsi raketlərin uçuş məsafəsini 20% artıracaq.
Nizami Bağırov