Avropa Birliyi Moskvaya qarşı sanksiyalarına dəyişiklik edəcək.
Qaynarinfo bu barədə "Reuters” xəbər agentliyinə istinadla xəbər
verir.
Avropa Birliyi Moskvaya qarşı sanksiyalarını dəyişərək, Rusiyanın bəzi ən iri banklarının vəsaitlərinin bir hissəsini blokdan çıxaracaq.
Reuters-ə məlum olan sənədə görə, bu, qlobal qida və gübrə ticarətindəki dalanı aradan qaldırmaq üçün tələb oluna bilər.
Qeyd edilir ki, bu addım Afrika liderlərinin sanksiyaların ticarətə mənfi təsiri ilə bağlı tənqidləri fonunda atılıb. Bu, əsasən Rusiyanın Ukraynaya müdaxiləsi və Qara dənizdəki limanları blokadaya alması nəticəsində yaranan problemi daha da gücləndirə bilər.
AB nümayəndələri tərəfindən qəbul ediləcəyi gözlənilən yeni düzəlişə əsasən, Avropa ölkələri Rusiyanın ən böyük kreditorları VTB, Sovcombank, Novikombank, FC Otkritie, VEB, Promsvyazbank və Rusiya Bank-a məxsus əvvəllər bloklanmış iqtisadi resursları blokdan çıxaracaq.
Digər tərəfdən qəbul ediləcək yeni sanksiyalara əsasən, Rusiyanın ən böyük bankı olan Sberbankın da ərzaq ticarəti üçün lazım olan resursları istisna olmaqla, aktivləri dondurulacaq.
Sənəd layihəsində deyilir ki, "belə vəsait və ya iqtisadi resurslar kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən buğda və gübrələrin alınması, idxalı və ya daşınması üçün zəruri olduğu müəyyən edildikdən” sonra pul buraxıla bilər.
Yenidən işlənmiş sanksiyalara əsasən, AB Rusiya limanlarından ərzaq ixracını da asanlaşdırmağı planlaşdırır.
Nurlan Hüseynov