Xəbər lenti

ABŞ Rusiya və Çinin münasibətlərinə nəzarəti davam etdirir - Pentaqonun sözçüsü
Dünya09:44 05.04.2024

ABŞ Rusiya və Çinin münasibətlərinə nəzarəti davam etdirir - Pentaqonun sözçüsü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqonun sözçüsü Patrik Rayderin sözlərinə görə, Çin və Rusiya suveren dövlətlərdir və kiminlə əməkdaşlıq edəcəklərinə müstəqil qərar verirlər. Lakin ABŞ nəzarət edir ki, bu münasibətdə heç bir "zərərli fəaliyyət” olmasın. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rayder aprelin 4-də keçirilən brifinqdə deyib. 
"Qeyd etdiyiniz dövlətlərin hər biri suveren dövlətlərdir. Və kiminlə əməkdaşlıq edib, kiminlə etməmək barədə öz qərarlarını verəcəklər. Məsələn, Rusiyanı öz növbəsində Ukraynaya hücum etmək üçün istifadə etdiyi imkanlarla təmin etmək üçün zərərli fəaliyyəti görməyə başlayanda bu, problemə çevrilir. Yenə də biz bunu yaxından izləməyə davam edəcəyik”, - Rayder bildirib. 
Eyni zamanda, Pentaqonun sözçüsü vurğulayıb ki, Birləşmiş Ştatlar hazırda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün müttəfiqləri və tərəfdaşları ilə işləməyə cəmlənib.
Qeyd edək ki, martın 19-da "Reuters” öz mənbələrinə istinadən Rusiya prezidenti Vladimir Putinin mayda Çinə səfər etməyi planlaşdırdığını yazıb. 
Agentliyin məlumatına görə, mənbələrdən biri Putinin Çinə səfərinin may ayının ikinci yarısında baş tutacağını qeyd edib. Digər iki mənbə Rusiya prezidentinin səfərinin Çin prezidenti Si Szinpinin Avropaya planlaşdırılan səfərindən əvvəl olacağını bildirib.
Nizami Bağırov