Xəbər lenti

Dünya 14:40 09.09.2022

ABŞ Rusiyaya PUA verdiyinə görə İran şirkətlərinə sanksiya tətbiq etdi

Birləşmiş Ştatlar İranın "Safiran Airport Services” şirkətini qarşı İran pilotsuz təyyarələrinin Rusiyaya daşınmasını təşkil etməkdə ittiham edərək, həmçinin İranın PUA istehsalı ilə məşğul olan üç şirkətə qarşı sanksiyalar tətbiq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Agentlik bildirir ki, rəsmi Tehran Rusiyaya pilotsuz uçuş aparatlarının verilməsini inkar edir. 

"Paravar Pars Company”, "Design and Manufacturing of Aircraft Engines” və "Baharestan Kish Company” şirkətləri dronların hazırlanması, istehsalı və satışı ilə məşğul olmaqda ittiham edilib.

Xatırladaq ki, iyul ayının ortalarında Rusiya prezidenti Vladimir Putin İrana səfər edərək iranlı həmkarı İbrahim Rəisi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb. ABŞ hakimiyyətinin məlumatına görə, görüşdə Ukraynadakı müharibə üçün İran silahlarının alınması da müzakirə olunub. Birləşmiş Ştatlar hesab edir ki, Rusiya çox güman ki, Mohajer-6 və Shahed seriyalı yüzlərlə pilotsuz uçuş aparatı almağı planlaşdırıb.

"Birləşmiş Ştatlar həm Rusiyaya, həm də İrana qarşı tətbiq edilən sanksiyaların riayət edilməsinə ciddi şəkildə nəzarət edir və İranı və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləyən hər kəsi məsuliyyətə cəlb edəcək”, – deyə Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson bildirib.

Avqust ayında CNN bir qrup rusiyalının İranda yerli PUA-ları idarə etmək üçün təlim keçdiyini bildirmişdi. Jurnalistlər qeyd edirlər ki, bu məlumat Rusiya Federasiyasının İranda pilotsuz uçuş aparatlarının alınmasına hazır olduğunu göstərir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->