Xəbər lenti

ABŞ seçkiləri Mişel Obamanın yuxusuz qalmasına səbəb olub
Dünya 19:10 09.01.2024

ABŞ seçkiləri Mişel Obamanın yuxusuz qalmasına səbəb olub

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama deyib ki, ölkədə qarşıdan gələn prezident seçkiləri onun yuxusunu itirməsinə səbəb olub.

Qaynarinfo xəbər verir ki, keçmiş birinci xanım bu barədə "Fox News"un "On Purpose" podkastına danışıb.

Aparıcının gecələr onu nəyin oyaq saxlaması ilə bağlı sualını cavablandırarkən bunun "yaşadığımız dünya" ilə əlaqəli olduğunu vurğulayıb.

"Həddindən artıq bilmək kimi bir şey var və hər şeydən xəbərdar olan keçmiş ABŞ prezidenti ilə evli olanda bəzən sadəcə ondan yaxa qurtarmaq istəyirsən", deyə xanım Obama bildirib.

Keçmiş birinci xanım bildirib ki, onu maraqlandıran məsələlər müharibələrdən və süni intellektin gələcəyindən tutmuş iqlim dəyişikliyinə və seçici fəallığına qədər müxtəlifdir və Amerikada qarşıdan gələn prezident seçkiləri onların arasında birinci yerdədir.

"Bunlar məni ayaqda saxlayan şeylərdir, çünki onlara nəzarət edə bilmirsən. Mən nə baş verə biləcəyindən qorxuram, çünki liderlərimiz önəmlidir", deyə ABŞ-ın keçmiş birinci xanımı bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->