ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink Rusiyanın hərbi qüvvələrinin ölkənin enerji obyektlərinə zərbələrindən sonra Ukraynaya təcili dəstək verməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, onu bu haqda çağırışı X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) çıxıb.
O, öz tvitində Rusiyanın hücumlarının beynəlxalq hüququ pozduğunu bildirib.
"Ukraynanın indi bizim köməyimizə ehtiyacı var", - Brink yazıb.
Bundan əvvəl məlum olub ki, Rusiya ordusunun martın 22-nə keçən gecə həyata keçirdiyi zərbələr Ukraynanın enerji obyektlərinə son vaxtlar ən böyük hücum olub.
Bununla bağlı Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet bildirib ki, Rusiya Silahlı Qüvvələrinin endirdiyi zərbələr Ukrayna Silahlı Qüvvələrinin Belqorod və digər sərhədyanı rayonları atəşə tutmasına cavabdır.
Şeremet vurğulayıb ki, Ukrayna hakimiyyəti "müqavimət göstərməyin və təslim olmayın”ın mənasızlığını başa düşməyincə, bu cür hərəkətlərə "cavab veriləcək və onun şiddəti hər dəfə artacaq”.
Alpər