ABŞ-ın Rusiyadakı səfirliyi və Böyük Britaniya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına yaxın iki gün ərzində Moskvada yüksək terror aktları təhlükəsi barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu barədə mesajlar iki ölkənin departamentlərinin rəsmi portallarında yer alıb.
Amerikalıların fikrincə, "böyük insan izdihamı” olan yerlərdə terror aktları gözlənilir. İngilislər öz vətəndaşlarını təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırır.
Öz növbəsində, Rusiya hakimiyyəti hələlik bu bəyanatlara münasibət bildirməyib. Bununla belə, RT-nin rəhbəri Marqarita Simonyan özünün "Telegram" kanalında ABŞ və Britaniyanın hərəkətlərini "yaltaqlıq” adlandırıb, çünki ölkələr ehtimal edilən terror aktları ilə bağlı Rusiya kəşfiyyat xidmətlərinə məlumat ötürmürlər.
Alpər