Xəbər lenti

ABŞ Senatı Ukraynaya 60 milyardlıq yardım paketini dəstəklədi
Dünya12:03 13.02.2024

ABŞ Senatı Ukraynaya 60 milyardlıq yardım paketini dəstəklədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Senatı yekun səsvermədə Ukrayna, İsrail və Tayvana, 60 milyard dolları Kiyevə aid olmaqla 95 milyard dollar məbləğində yardım nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Bu barədə Qaynarinfo Senat iclasının yayımına istinadən xəbər verir.
Qanun layihəsini Nümayəndələr Palatasına göndərmək üçün 60 səs lazım olduğu halda 69 senator lehinə, 29 senator əleyhinə səs verib. 
Daha sonra qanun layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir. Daha əvvəl spiker Mayk Conson ABŞ Parlamentinin yuxarı palatasının paket qanun layihəsini tənqid edərək, onun bloklana biləcəyini açıq şəkildə bildirmişdi. 
Nizami Bağırov