ABŞ prezidentliyinə namizəd, ölkənin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu Robert Kennedi bildirib ki, Birləşmiş Ştatların Ukraynadakı münaqişə zamanı məhv edilmiş artilleriya silahlarının yerini doldurmaq imkanı yoxdur.
Qaynarinfo xəbər verir ki, Kennedi bu barədə "YouTube" kanallarından birinə müsahibəsində deyib.
"Ruslar bu müharibəni uduza bilməzlər. Bu, onlar üçün həyati əhəmiyyət kəsb edir və onlar öz qüvvələrini artırırlar, artilleriyada bizim üzərimizdə üstünlüyə malikdirlər. Biz isə artilleriya silahlarını əvəz edə bilməyəcəyik", deyə Kennedi bildirib.
Onun fikrincə, ABŞ hökumətinin bütün hərəkətləri münaqişənin uzanmasına yönəlib.
Qeyd edək ki, aprelin əvvəlində kiçik Robert Kennedi prezident seçkilərində iştirakını rəsmən elan etmişdi.
Aydın