Xəbər lenti

ABŞ Ukraynanı müdafiə etməsə, ən yaxşı müttəfiqlərini itirə bilər - General Hodces
Dünya 13:03 23.05.2025

ABŞ Ukraynanı müdafiə etməsə, ən yaxşı müttəfiqlərini itirə bilər - General Hodces

ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin sabiq baş komandanı Ben Hodces ABŞ prezidenti Donald Trampın Kremlin atəşkəsi dayandırmasına təzyiq göstərməkdən və sanksiya siyasətindən imtina etməsi barədə qərarını kəskin tənqid edib. O, bu qərarı "faciəvi səhv" adlandırıb.

Qaynarinfo BILD-ə istinadla xəbər verir ki, Hodcesin fikrincə, belə mövqe "ABŞ prezidentinə olan etimadı ciddi şəkildə sarsıdacaq" və "ABŞ üçün alçaldıcı olacaq". O əlavə edib ki, bu, əslində, "Amerikanın ən yaxşı müttəfiqlərinə xəyanət" deməkdir.

"Amerika təkbaşına öhdəsindən gələ bilməz, bizim müttəfiqlərə ehtiyacımız var və onların ən yaxşıları Avropa, Kanada və Avstraliyadadır. Əgər ABŞ bu məsələnin yalnız Avropanın problemi olduğunu desə, məncə bu, onillərdir yanımızda olan müttəfiqlərimizə xəyanət olar", – deyə Hodces bildirib.

General əlavə edib ki, əgər ABŞ danışıqlar prosesindən çıxsa və Ukraynaya yardımını dayandırsa, Avropa liderliyi öz üzərinə götürməli olacaq. Onun sözlərinə görə, bu liderliyi Avropanın ən böyük və güclü iqtisadiyyatı olan Almaniya göstərməlidir.

"Düşünürəm ki, digər Avropa ölkələri gözləmə mövqeyindədir və Almaniyanın yaxşı nümunə göstərib-göstərməyəcəyinə baxırlar", – deyə Hodces əlavə edib.
O həmçinin vurğulayıb ki, Rusiyanın məqsədi dəyişməyib – Ukraynanı dövlət kimi məhv etmək və NATO-nu dağıtmaq.

"Əgər Rusiya alyansın üzvü olan ölkəyə hücum etsə və biz lazımi şəkildə cavab verməsək, bu, bütün alyansın sonu ola bilər", – deyə general xəbərdarlıq edib.
Xatırladaq ki, 19 mayda Putinlə telefon danışığından sonra Tramp bəyan etmişdi ki, ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsinə müdaxilə etməməli idi. Onun sözlərinə görə, bu Avropanın problemidir və ABŞ "qarışmamalı olduğu bir şeyə qarışdı".

WSJ qəzetinin yazdığına görə, ABŞ prezidenti avropalı liderlərə bildirib ki, Rusiya rəhbəri müharibəni bitirməyə hazır deyil, çünki özünü qələbəyə çox yaxın hesab edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->