Xəbər lenti

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başladı
Dünya 11:17 29.01.2026

ABŞ və Danimarka Qrenlandiya ilə bağlı danışıqlara başladı

ABŞ və Danimarka Qrenlandiyanın gələcəyi ilə bağlı danışıqlar aparır.

Qaynarinfo "Bloomberg"-ə istinadən xəbər verir ki, tərəflər Arktikada ABŞ-ın daha güclü mövcudluq istəyini nəzərə almağa çalışır, lakin, eyni zamanda, Danimarkanın suverenliyini pozmamaq və Qrenlandiyanın ABŞ-a verilməsi məsələsini gündəmə gətirməmək niyyətindədirlər.

Məlumatda qeyd olunub ki, danışıqlar Donald Trampın ötən həftə "gələcək razılaşmanın çərçivələrinin” əldə olunduğunu bildirməsindən sonra baş tutub. Bu proses həm də Qrenlandiya ətrafında yaranmış siyasi gərginliyi yumşaltmaq cəhdi kimi qiymətləndirilir.

--> -->