Xəbər lenti

Dünya 15:21 12.01.2024

ABŞ Yaxın Şərqdə ikinci cəbhəni açdı - Yeni savaşın qorxunc fəsadları (ŞƏRH)

"Vaşinqtonun husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamaq planı yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu ABŞ və Böyük Britaniyanın husilərə qarşı əməliyyata başlayaraq, onların bir sıra hərbi obyektlərini hədəf almasına münasibət bildirərkən deyib.

Şərhçi bildirib ki, Qərb qüvvələri husilərin hərbi obyektlərinə sadəcə zərbələr endirməklə kifayətlənəcəklər:



"Çünki davamlı zərbələr və quru əməliyyatı hazırlıq məqsədilə edilir. Vaşinqtonun isə belə bir planı yoxdur. Bu zərbələr daha çox çəkindirmək məqsədi daşıyır. Daha əvvəl husilərin İsrailə yük aparan gəmilərə hücumuna cavab olaraq ABŞ və İngiltərə husilərə zərbə endirib. Pentaqon savaş açsa belə, ABŞ qüvvələrinin Yəmən dağlarında husilərə qarşı uğurlu olacağını demək olmaz. Bunu amerikalılar da bilir. Ona görə də genişmiqyaslı quru əməliyyatlarına başlayacaqları inandırıcı görünmür".

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənin müxtəlif bölgələrindəki 4 əyalətdəki hədəflərə 23 hava hücumu həyata keçirib. Vaşinqton bildirib ki, zərbələrin hədəfi raket anbarları, pilotsuz təyyarələr və radar stansiyaları olub. Ağ Ev qeyd edib ki, bu hərəkətlər Husilərin dünyanın ən mühüm su yollarından birində qlobal ticarəti və naviqasiya azadlığını təhdid etmək qabiliyyətini sarsıtmaq və azaltmaq üçün nəzərdə tutulub. 

Ənsar Allah hərəkatına tabe olan Yəmən Xarici İşlər Nazirliyi ABŞ və Böyük Britaniyanı bu hücumlara görə qisas alacaqları ilə hədələyib.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->