Xəbər lenti

ABŞ yeni “qiyamət günü təyyarəsi” istehsal edəcək - 30 ildən sonra ilk dəfə
Dünya11:32 05.04.2023

ABŞ yeni “qiyamət günü təyyarəsi” istehsal edəcək - 30 ildən sonra ilk dəfə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin nüvə ritorikasına cavab olaraq strateji silahları modernləşdirməyə davam edir. Strateji sualtı donanmanın yenilənməsindən, yeni ballistik raketin yaradılmasından və aerokosmik müdafiə sisteminin modernləşdirilməsindən sonra Pentaqon 30 ildən artıq müddətdə ilk dəfə olaraq yeni "qiyamət günü təyyarəsi” yaratmağa qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Defence News” məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri yerüstü komanda məntəqələrinin düşmən tərəfindən vurulacağı təqdirdə nüvə cavab zərbəsi endirilməsi ehtimalını təmin etmək üçün nəzərdə tutulan yeni "hava komandanlığı məntəqəsi”nin tikintisi üçün tender elan edib.
Yeni təyyarə 1990-cı illərin əvvəllərindən istismarda olan "E-6 Mercury”ni əvəz etməlidir. Bu təyyarələr ABŞ prezidentini və Pentaqonun rəhbərliyini qitələrarası ballistik raketlərin buraxılışlarına nəzarət etmək üçün avtomatlaşdırılmış kompleks, habelə nüvə sualtı qayıqları ilə əlaqə vasitələri ilə təmin etməlidir. Onlar vahid kommunikasiya sistemi olan TACAMO-nun (Take Charge and Move Out) bir hissəsidir.
ABŞ-ın 2023-24-cü illər üçün müdafiə büdcəsi layihəsinə sistemin təkmilləşdirilməsi və Lockheed Martin C-130J-30 Super Hercules təyyarəsi əsasında qurulması gözlənilən yeni eksperimental təyyarələrin istehsalı üçün 213 milyon dollar daxildir. 
"Defence News”un məlumatına görə, ABŞ-ın hərbi-səneyi nəhəngləri Northrop Grumman, Lockheed Martin və Raytheon şirkətləri tenderdə iştirak etmək niyyətindədir.
Yeni "qiyamət günü” təyyarələrinin tədarükü üçün müqavilənin 2025-ci ilin əvvəlində bağlanması planlaşdırılır. Bununla belə, ABŞ Müdafiə Nazirliyi potensial istehsalçıları tələsdirir. Məsələ mövcud texnologiyadan istifadə etmək və mümkün qədər tez yeni təyyarə əldə etməkdir, - deyə Northrop Grumman-ın nümayəndəsi Henri Sir bildirib.
Nizami Bağırov