Xəbər lenti

Abbas Abbasovun oğlundan kinayəli cavab
Siyasət09:00 12.07.2014

Abbas Abbasovun oğlundan kinayəli cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Allah ürəyinə görə versin”

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, Eldar Sabiroğlunun Azərbaycanın Baş nazirinin keçmiş 1-ci müavini, “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla bağlı səsləndirdiyi fikirlər cavabsız qalmayıb. 

A.Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasov məsələ ilə bağlı AzNews.az-a açıqlama verərək ilk olaraq, belə bir adamı tanımadığını deyib: “Hə, o Müdafiə Nazirliyindən qovulan Eldar Sabiroğlunu deyirsiniz? O kimdir ki, “İstiqlal” ordenindən danışır? Nə deyibsə, Allah canını sağ eləsin. Ramazan ayı mübarək, süfrəsi ruzi bərəkətli olsun. Allah ürəyinə görə versin”. 

Qeyd edək ki, E.Sabiroğlu publika.az-a açıqlamasında Abbas Abbasovun “İstiqlal” ordenini əlindən alınmalı olduğun bildirib.

Qaynar.info