Türkiyə prezidenti Abdullah Gül ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın “YouTube və Facebook"-un bağlanacağı ilə bağlı dediklərinə münasibət bildirib. ANS PRESS-in məlumatına görə, Abdullah Gül “Youtube və facebook”-un bağlanması məsələsinin müzakirə belə olunmayacağını deyib: “Türkiyə demokratik bir hüquq ölkəsidir. Youtube və facebook kimi dünyanın hər tərəfində istifadə olunan şəbəkələrin bağlanması müzakirə belə edilə bilməz. Yalnız bu şəbəkələr vasitəsi ilə cinayət işlənərsə, və kiminsə özəl həyatına müdaxilə və təhqir edilərsə məhkəmə qərarı ilə onlar bağlanıla bilər.Həqiqi həyatda nə suçdursa, virtual həyatda da da onlar suçdur. Bu azadlığı məhudlaşdırmaq demək deyil”.