ABŞ PKK terror təşkilatının 3 rəhbər şəxsinin başına pul mükafatı qoyub.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Murat Karayılanın başına 5 milyon, Cəmil Bayıka 4, Duran Kalkana isə 3 milyon dollar pul mükafatı qoyulub.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.
XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir: "ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”.
Gülşən