Xəbər lenti

ABŞ Bəşər Əsəd əleyhinə qüvvələrə yardımı dayandırır
Dünya08:42 20.07.2017

ABŞ Bəşər Əsəd əleyhinə qüvvələrə yardımı dayandırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təşkil edilən və Suriyada Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan müxaliflərə dəstəyi nəzərdə tutan proqrama son qoyacaq.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Tramp bu qərarı təxminən bir ay əvvəl qəbul edib. Bildirilir ki, Tramp bu qərarı Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçi Makmaster və MKİ rəhbəri Mayk Pompeo ilə görüşdə qəbul edib.

Ağ Evdən bu barədə hələlik heç bir açıqlama verilməsə də, məsələ Rusiyanın Suriyada qələbəsi, Trampın Əsəd rejimini devirməyi istəməməsi kimi şərh edilir.

Qeyd edək ki, Bəşər Əsədə qarşı vuruşan müxalif dəstələr 2013-cü ildən bəri ABŞ tərəfindən maliyyələşdirilirdi.

Gülşən

Qaynarinfo.Az