Xəbər lenti

ABŞ-da məhkumalar özülərini qəsdən koronavirusa yoluxdurdular (VİDEO)
Dünya08:25 12.05.2020

ABŞ-da məhkumalar özülərini qəsdən koronavirusa yoluxdurdular (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Los-Anceles şəhərindəki həbsxanaların birində 21 məhkum erkən təxliyə edilmək ümidilə köhnə maskaları qoxlayaraq, özlərini bilərəkdən koronavirusa yoluxdurublar.
Qaynarinfo xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsi rəsmi tvitter hesabında video yayımlayıb. Videoda məhkumlar növbə ilə köhnə maskanı iyləyir və hərarətlərini artırmaq üçün isti su içirlər. Son 2 ay ərzində təxminən 5 min məhkumun təxliyə edildiyini şəhərdə mayın 4-dən etibarən həbsxanalardakı yoluxma sayında 60 faiz artım qeydə alınıb. Bu müddət ərzində 357 məhkumda koronavirus aşkarlanıb.
Sözügedən görüntülərlə bağlı açıqlama verən Los-Anceles şəhəri Polis İdarəsinin rəisi Aleks Villanueva evlərinə buraxılmağı ümid edən məhkumlara belə bir şans verilməyəcəyini deyib. O, normal vaxtlarda bir-birlərinin əşyalarına toxunmayan bu məhkumların indi xəstəliyə tutulmaq üçün qaydaları pozduqlarından erkən təxliyə edilməyəcəklərini bildirib.
Digər bir tərəfdən məhkumların heç biri bir-birilərinə xəstəlik yoluxdurmağa çalışdıqları ilə bağlı ittihamları qəbul etməyib.
Camal