ABŞ yeni növ koronavirusun panedimayısının səbəbləri ilə əlaqədar istintaq başladılıb.
Qaynarinfo xəbər verir ki, Prezident Donald Tramp Vaşinqtonun infeksiyanın mənşəyini müəyyənləşdirdiyini bildirib.
Tramp Ağ Evdə keçirdiyi brifinqdə Çində koronavirusun yayılması ilə bağlı məlumatlara işarə edərək "çox qəribə hadisələr baş verdi"yini qeyd edib. O, bununla Çinin Vuhan yaxınlığında yerləşən bir laboratoriyadan virusun yayıldığını iddia edən suala cavab verib.
Onun sözlərinə görə, bu müsibət Çindən gəlib. Nəticədə 184 ölkə ziyan görüb. "Bunun haradan qaynaqlandığını aydınlaşdırmaq lazımdır", - Ağ Ev rəhbəri deyib.
Tramp həmçinin koronavirus səbəbindən ölənlərin sayının ən çox ABŞ-da deyil, Çində olduğunu qeyd edib. O əlavə edib ki, eşitdiyi məlumata əsasən, təkcə Vuhanda qurbanların sayı iki dəfə artıb.
Alpər