Xəbər lenti

ABŞ-da ən çox axtarılan cinayətkarlardan birinin cəsədi tapıldı
Dünya06:57 20.11.2021

ABŞ-da ən çox axtarılan cinayətkarlardan birinin cəsədi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
70 yaşlı Frederik Sesil Maklinin cəsədi Cənubi Karolinada bi evdə tapılıb. Məhkəmə-tibb ekspertləri onun 4 ay əvvəl təbii səbəblərdən öldüyü qənaətinə gəliblər.
Qaynarinfo xəbər verir ki, ABŞ-da ən çox axtarılan cinayətkarın meyiti uzun müddət heç kimin görünmədiyi qonşusunun evinə baxış keçirmək istəyən yerli sakinin xilasetmə xidməti ilə əlaqə saxlamasından sonra tapılıb.
Maklin 16 il əvvəl San Dieqoda zorakılıqda ittiham edilərək axtarışa verilmişdi. 2000-ci illərin ortalarından bəri o, ABŞ-da ən çox axtarılan 15 adamın siyahısındadır. İndi müstəntiqlər cinayətkarın ehtimal edilən ortaqlarını axtarırlar.
Alpər