ABŞ Prezident Donald Trampın tərəfdarları tərəfindən tutulan Kapitoli binasında yaralandıqdan sonra ölən gənc qadının bir müharibə veteranı olduğu ortaya çıxıb.
Qaynarinfo xəbər verir ki, o, San Dieqolu olub. Bu barədə KUSİ News telekanalı məlumat verib.
Mərhumun əri adının Eşli Bebitt olduğunu deyib. O, 14 il xidmət etdiyi və yüksək səviyyəli təhlükəsizlik zabiti kimi xidmət etdiyi ABŞ Hava Qüvvələrinin qazisi olub. Ərinin dediyinə görə, o, prezident Donald Trampın tərəfdarı və "böyük vətənpərvər" imiş.
Eşli Babitt Kapitoli Binasında sinəsindən vurularaq xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Binanın ələ keçirilməsi zamanı Senat və Nümayəndələr Palatası demokrat Co Baydenin ABŞ prezident seçkilərində iştirak etdiyi seçki kolleqalarının səsverməsinin nəticələrini təsdiqləyirmiş.
Alpər