
ABŞ-da bıçaqla silahlanmış naməlum bir kişi sinaqoqda ibadət edən insanlara hücum edib.
Qaynarinfo xəbər verir ki, hadisə, Nyu York Monsi şəhərində baş verib. Bu haqda Fox News məlumat yayıb.
Şahidlərin jurnalistlərə verdiyi məlumata görə, hücum axşam saat on radələrində (Bakı vaxtı ilə səhər altı) baş verib.
İlkin məlumatlara görə, bir neçə nəfər xəsarət alıb. Artıq hadisə yerinə təcili yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.