
Basketbol üzrə Türkiyə millisinin sabiq üzvü Hidayət Türkoğlu rəsmi "Tvitter" hesabında ölkəsində baş verən çevriliş cəhdinə dair fikirlərini bildirib.
Qaynarinfo.az xəbər verir ki, Türkiyə millisi ilə Avropa və dünya 2-cisi olmuş, NBA-da bir çox amerikan klublarında oynamış "Hido" son günlər bu tvitlərdən yararlanıb:
"Millətimizi düşmənlərdən seçmək, demokratiyanı sağlamlaşdırmaq adına atılan bu addım ölkəmiz üçün xeyirli olsun!"
"Bundan əlavə bu uğurda şəhid olan bütün təhlükəsizlik güclərimiz və mülki vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara da təcili şəfalar arzulayıram!"
"OHAL (Fövqəladə vəziyyət) müddətində bütün daxili və beynəlxalq idman yarışları eyni şəkildə davam edəcək. Xalqımız bundan narahat olmasın..."
Qeyd edək ki, 37 yaşlı Hidayət Türkoğlu bu ilin martından həm də Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın baş danışmanıdır.
Qaynarinfo.az