Xəbər lenti

ABŞ-da qadağaların götürülməsini istəyən silahlılar məclis binasına basqın etdi
Dünya14:44 01.05.2020

ABŞ-da qadağaların götürülməsini istəyən silahlılar məclis binasına basqın etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Miçiqan ştatında küçəyə çıxma qadağasının götürülməsini istəyən silahlı etirazçılar əyalət məclisinin binasına basqın ediblər.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ştatın daxili qaydalarına görə ağır silahlı olsalar belə etirazçıların məclis binasına girməl hüquqları var. Ştat qubernatoru Qretçen Vitmer isə karantin rejiminin mayın 28-nə kimi uzadılmasını istəyir.
Rəsmi statistikalara görə, aprelin 30-na qədər bölgədə 41 mindən çox insan epidemiyaya yolub, onlardan 3 min 789 nəfəri həyatını itirib.
ABŞ prezidenti Donald Tramp da sosial şəbəkə hesbında etdiyi paylaşımlarla karantin qadağalarına qarşı çıxan qruplara dəstək verib. 
Camal
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/mK7Xi-yvjdM" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">