Xəbər lenti

ABŞ-da qaradərili gəncin qətlinə etirazlar: həbslər başladı
Dünya10:22 17.09.2017

ABŞ-da qaradərili gəncin qətlinə etirazlar: həbslər başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da qaradərili gənci öldürən sabiq polis işçisinin həbsdən çıxması etirazlara səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2011-ci ildə Missuri ştatında 24 yaşlı Antoni Lamar Smiz narkotik ticarətində şübhəli bilinmiş və sabiq polis Ceysn Stokli tərəfindən vurularaq öldürülmüşdü. Cümə günü isə Stokli barədə bəraət qərarı verilib və bu, ölkədə etiraza səbəb olub. Qaradərililərin hüquqlarını müdafiə edən bir qrup şəxs aksiya təşkil edib və polisin xəbərdarlığına baxmayaraq şüşələri qıraraq qarşıdurmaya səbəb olublar. Hadisə yerinə zirehli texnika və çox sayda polis cəlb edilib. Nəticədə 30 nəfər həbs edilib, 11 polis isə yaralanıb.

Aksiyalar səbəbilə bölgədə məşhur müğənni Ed Şeran və "U2" qrupunun konsertləri ləğv edilib.

Gülşən

Qaynarinfo.Az