Xəbər lenti

ABŞ-da təyyarə qəzaya uğradı: 3 heyət üzvü öldü
Dünya08:34 24.02.2019

ABŞ-da təyyarə qəzaya uğradı: 3 heyət üzvü öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Texas ştatında Boeing 767 tipli karqo təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin 3 heyət üzvü həyatını itirib.
Hadisə Hyuston şəhərinin yaxınlığında, gecə saatlarında təyyarənin Corc Buş Beynəlxalq Hava Limanına enişə hazırlaşdığı ərəfədə meydana gəlib.
ABŞ Federal Hava Qurumunun sözçüsü Layn Lansford açıqlamasında hava limanının 30 mil cənub-şərqində Atlas Air Flight karqo təyyarəsi ilə radioəlaqənin 00:45-də kəsildiyini və təyyarənin Triniti körfəzinə düşdüyünü deyib.
Təyyarənin qara qutusunu tapmaq üçün xüsusi dalğıc qrupu hadisə yerinə yollanıb, helikopterlər, yanğınsöndürənlər və çoxlu sayta təcili yardım maşını səfərbər edilib.
Təyyarənin 5 metr dərinliyində bataqlığa düşdüyü, bu səbəbdən qara qutunun asanlıqla tapıla bilməyəcəyi bildirilir.