Xəbər lenti

ABŞ-da Tramp və irqçilər əleyhinə etiraz aksiyası
Dünya08:11 27.08.2017

ABŞ-da Tramp və irqçilər əleyhinə etiraz aksiyası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatının San Fransisko şəhərində prezident Donald Tramp və irqçi qrup Ku Kluks Klan əleyhinə etiraz aksiyaları davam edir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə etirazçı cümə günü "Golden Gate" körpüsündə toplaşma qərarı alıblar, lakin namayiş təhlükəsizlik səbəbilə təxirə salınıb. Bir gün sonra Alamo meydanında toplaşan qrup Ku Kluks Klan və ABŞ prezidentinə etiraz ediblər. 

Aksiyada üzləri bağlı Marksist qruplar iştirak edib.

Qeyd edək ki, ABŞ-da Tramp və irqçilər əleyhinə aksiyalar irqçiliyə qarşı nümayiş keçirən qrupa edilən hücumdan və prezidentin mübahisəli açıqlamalarından sonra daha da şiddətlənib və hələ də davam edir.

Gülşən

Qaynarinfo.Az