ABŞ-ın Çikaqo şəhərində yerləşən "Mercy" xəstəxasına silahlı hücum təşkil edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, cinayətkar münasibətdə olduğu qadına hücum təşkil edib. Nəticədə xəstəxananın 2 işçisi, polis və cinayətkar ölüb. Həmin şəxsin intihar etdiyi, yoxsa polislə qarşıdurma zamanı öldürüldüyü bilinmir.
Hücumdan sonra xəstəxana dərhal evakuasiya edilib.
Gülşən