
ABŞ-ın BMT-dəki daimi təmsilçisi Niki Heyli Şimali Koreya barədə açıqlama verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Heyli "Şimali Koreya problemini məmnuniyyətlə müdafiə naziri Ceyms Mattisə təhvil verə bilərəm, çünki onun bir çox hərbi variantı var. Məsuliyyət sahibi olaraq bütün diplomatik yolları sınadıq. Əgər bunlar problemin həllinə kömək etməsə, general Mattis məsələyə qarışacaq" deyib. Niki Heyli həmçinin qeyd edib ki, Şimali Koreya diplomatik həll yollarından imtina etsə, yox olacaq.
Qeyd edək ki, ABŞ hazırda Koreya yarımadasında hərbi təlimlər təşkil edir. Təlimlərdə B-1B borbarman, F-35, F-15K hərbi təyyarələri iştirak edir.
Digər tərəfdən isə Çin və Rusiya Şimali Koreya sərhəddində ortaq hərbi təlimlər təşkil edir.
Addımların Şimali Koreyanın son nüvə və ballistik raket sınağına cavab olduğu bildirilir.
Gülşən
Qaynarinfo.Az