Xəbər lenti

ABŞ-dan qondarma soyqırıma növbəti zərbə
Dünya07:04 28.03.2013

ABŞ-dan qondarma soyqırıma növbəti zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ məhkəmələrində ermənilər tərəfindən Türkiyəyə qarşı irəli sürülən qondarma soyqırım iddiası rədd edilib. 

Qaynar.info-nun məlumatına görə, ermənilərin Türkiyə Respublikası, Ziraat Bankı və Mərkəzi Bankını babalarının mallarını ələ keçirməkdə ittiham etdiyi prosesdə məhkəmə iddiaların siyasi məsələ olması səbəbindən qərar səlahiyyətinin olmadığı ilə bağlı qərar çıxarıb. 

Məhkəmənin çıxardığı qərarda qeyd olunub ki, iddiaların təmin olunması üçün soyqırım iddialarının sübut olunması lazımdır və bu da məhkəmənin səlahiyyəti xaricində olan bir məsələdir. Hakim Dolli Gi belə bir addımın federal hökumətin xarici siyasətinə müdaxilə etmək mənasını verdiyini, dolayısı ilə məhkəmənin bu məsələdə səlahiyyətsiz olduğunu deyib. 

Qeyd edək ki, Kaliforniya ştatında 2010-cu ildə Qabris Davoyan tərəfindən irəli sürülən və daha sonra oxşar tələblərlə Bakaryanın iddiası ilə birləşdirilən iddiada Türkiyə Respublikası, Ziraat Bankı və Mərkəzi Bankın 1915-ci ildə ermənilərin mallarını ələ keçirməklə haqsız var-dövlət əldə etdiyi, mal sahiblərini isə ziyana uğradığı göstərilirdi. Ermənilər iki bankın qondarma soyqırımını tanımasını  və zərərin ödənilməsini tələb edirdilər. 

Qaynar.info