Xəbər lenti

ABŞ-dan Rusiyaya növbəti sanksiya
Dünya07:19 20.12.2018

ABŞ-dan Rusiyaya növbəti sanksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar qəbul edib.
Qaynarinfo xəbər verir ki, dünyada siyasi seçkilərə müdaxilə və Dünya Anti-Dopinq Agentliyinə kiber hücumda təqsirləndirilən 14 şəxs və 3 quruma sanksiya tətbiq ediləcək. Həmin şəxslərin əksəriyyəti Rusiya Hərbi Kəşfiyyat Servisinin üzvləridir. 
İngiltərədə sabiq rus agenti Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsd cəhdində ittiham edilən 2 nəfər də ABŞ-ın qara siyahısına əlavə edilib. 
Sanksiya tətbiq edilən şirkət "Nevskiy News LLC2, "Economy Today LLC" və "Federal News Agency LLC"dir. Bu qurumlar kiber hücumlar vasitəsilə seçkilərə müdaxilədə ittiham edilir.
Gülşən