
ABŞ prezidenti Donald Tramp Venesuelaya qarşı iqtisadi sanksiya barədə qərar qəbul edib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident fərman imzalayıb. Açıqlama verən Ağ Ev bildirib ki, qərarın səbəbi Venesuelada hakimiyyətdə olan diktator Nicolas Maduronun rəhbərlik etdiyi qeyri-demokratik sistemdir və buna görə də bu rejimə qarşı sərt iqtisadi sanksiya barədə fərman imzalanıb.
Venesuela xarici işlər naziri Arreaza isə ABŞ-ın bu addımına münasibət bildirərək "ABŞ ölkədə humanitar böhran yaratmaq istəyir" deyib.
Gülşən
Qaynarinfo.Az