ABŞ-ın milli təhlükəsizlik agentliyi dünyanın 35 liderinin telefonunu dinləyib. Bu haqda keçmiş FTB əməkdaşı Edvard Snoudenin yaydığı sənəddə göstərilib.
Sənəddə deyilir ki, Ağ Evdə, Dövlət Departamentində və Pentaqonda "sifarişçilər" əlaqələrini xüsusi xidmət orqanları ilə bölüşürdülər.
"Bu əməkdaşlıq çərçivəsində bir sıra yüksək rütbəli dövlət məmurları 35 dünya liderinə məxsus olan 200-ə yaxın nömrə ötürüb. Bütün bu nömrələr isə dərhal dinləməyə alınıb" - deyə sənəddə qeyd olunub. //Trend