ABŞ Dövlət Departamenti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ukraynadakı müharibə ilə bağlı dediklərini açıq-aşkar yalan adlandırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Dövlət Departamentinin sözçüsü Ned Prays Twitter-də yazıb.
Prays Rusiya səfirliyinin Lavrova istinadən "Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədi Ukrayna ərazisində başlaya biləcək və ya oradan başlayacaq istənilən müharibəni dayandırmaqdır" tvitini şərh edib.
Prays yazıb ki, "bu, açıq-aşkar yalandır” və Rusiyanın "xüsusi əməliyyatı” Ukraynada müharibəni qızışdırır.
Pravda.com.ua qeyd edir ki, Lavrovun sözləri Rusiya təcavüzünə yeni don geyindirilməsidir. Fevralın 25-də Lavrov müharibənin başlamasını "ukraynalıları zülmdən azad etməklə” əsaslandırmışdı. Daha sonra, martın 2-də Rusiya Federasiyasının hərəkətlərinin Ukraynada "zərbə silahlarının konkret növlərini müəyyən etmək" üçün nəzərdə tutulduğuna dair bəyanat yayılmışdı.
Alpər