
ABŞ Şimali Koreyada rejim dəyişikliyi etməyə can atmır.
"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
Pxenyanın silah proqramına görə yaranmış gərginliyi şərh edən dövlət katibi Şimali Koreya ilə düşmən olmadıqlarını deyib:
"ABŞ hansısa mərhələdə dialoq istəyirdi. Biz rejim dəyişikliyinə çalışmırıq, biz rejiminin dağılmasını istəmirik, biz yarımadasının sürətli birləşməsi üçün çalışmırıq, biz 38-ci paralelin şimalına hərbçilərimizi göndərmək üçün bəhanə axtarmırıq. Biz sizin düşməniniz deyilik, biz sizin təhlükəniz deyilik, amma siz bizə qəbuledilməz təhlükə yaradırsınız və biz cavab verməliyik".".
Bu arada yüksək rütbəli bir Respublikaçı senator Donald Trampın Şimali Koreya ilə müharibəyə gedəcəyini ehtimal edən bir variantın olduğunu söyləyib.
Qaynarinfo.Az