ABŞ-ın Qüdsdə yerləşən İsrail səfirliyinin açılışı həyata keçirilir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, kürəkəni Cared Kuşner və bir çox rəsmi şəxs iştirak edir.
Qeyd edək ki, 6 dekabr 2017-ci ildə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmişdi. Qüds Fələstin və İsrail arasında mübahisəli bölgədir. Səfirliyin açılmasına etiraz edən fələstinlilər Qəzza bölgəsində sərhədə toplaşıb. Gün ərzində yaşanan qarşıdurmalarda 41 fələstinli ölüb, 1000-ə yaxın şəxs yaralanıb.
Gülşən