Xəbər lenti

ABŞ-ın "güvəndiyi dağlara" qar yağdı
Dünya20:16 03.11.2014

ABŞ-ın "güvəndiyi dağlara" qar yağdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Suriyada silahlandırıb, təlim keçdiyi müxalif Suriya İnqilabçılar Cəbhəsi və Hazm Hərakatı "Əl-Qaidə"yə təslim olub. Qaynar.info xəbər verir ki, Hazm Hərakatı şənbə günü İdlibin şimalında silahlarını və hərbi bazasını "Əl-Qaidə"ya bağlı "Əl Nursa" cəbhəsinə təhvil verib.
Bundan bir gün əvvəl isə "Əl Nusra" Suriya İnqilabçılar Cəbhəsinin lideri Deir Sinbalın doğulduğu Hama şəhərini ələ keçirib. Bütün əraziləri itirən qrup sonda təslim olmaq məcburiyyətində qalıb.
ABŞ-ın bu iki qruplaşmaya ağır silahlar və raketlər verdiyi məlum idi. "Əl Nusra" ələ keçirdiyi silahları "Twitter"də nümayiş etdirib. 
Qaynar.info