Xəbər lenti

ABŞ İrma qasırğasının ağuşunda (FOTOLAR)
Dünya06:35 06.09.2017

ABŞ İrma qasırğasının ağuşunda (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İrma qasırğası artıq Qəraib sahillərinə çatıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Amerika Milli Qasırğa Mərkəzi qasırğanın şiddətli yağışla gələcəyini bildirib. Atlantik okeanında bu günə qədər qeydə alınmış ən güclü qasırğa olan İrmanın mərkəzi Antiqua və Barbuda hesab edilir, burada küləyin sürəti saatda 295 km -ə çatıb. Qasırğanın Antil, Barbuda, Anquilla, Montserrat, Müqəddəs Kits, Porto Riko, İngilis və Amerika Vircin adaları və s. bölgələrə təsir göstərəcəyi bildirilir. Hökümət adalarda yaşayan insanlara müraciət edərək olduqlarını yerdən çıxmamağı məsləhət görüb. 

İrma ABŞ-ın Florida ərazisinə bazar günü çatacaq. 60 nəfər insanın öldüyü Harvey qasırğasından sonra ABŞ-da İrma üçün fövqəladə vəziyyət elan edilib. İnsanlar marketlərdən qida, su və s. vacib ehtiyacları almağa başlayıb. Bu səbəbdən bir çox yerdə rəflər boş qalıb. Əhali həmçinin ev və əşyalarını qorumaq məqsədilə digər qabaqlayıcı tədbirlər görürlər.

Gülşən

Qaynarinfo.Az