Xəbər lenti

ABŞ Konqresi "Şimal Axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsinə sala bilər
Dünya04:37 24.11.2019

ABŞ Konqresi "Şimal Axını-2"yə qarşı sanksiyaları müdafiə büdcəsinə sala bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresi Rusiyanın "Şimal Axını - 2" qaz boru kəmərinin inşasına qarşı sanksiyaları ölkənin 2020-ci il üçün müdafiə büdcəsinə daxil etmək niyyətindədir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Konqresin Xarici İşlər Komitəsinin rəhbəri Cim Riş açıqlama verib. Onun sözlərinə görə, bu addımı atmaqda məqsəd fürsət pəncərəsini bağlamaqdır. Konqres üzvü sanksiyaların tikinti şirkətlərini layihədən uzaqlaşdıracağına inandığını, çünki məhdudiyyətlərin onlara baha başa gələcəyini ifadə edib.
"Sanksiyalar ABŞ-ın müdafiə büdcəsinə daxil edilsə, "Şimal Axını - 2"nin inşasında iştirak edən şirkətlər fəaliyyətlərini dayandıracaqlar və Rusiya iddia etdiyi digər podratçıları axtarmalı olacaq", - deyə Riş bildirib.
Nümayəndələr Palatası və Konqres tam tərkibdə qanun layihəsi ilə bağlı hələlik yekun razılığa gəlməyiblər.
Camal