ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və həyat yoldaşı Cared Kuşner dünən Qüdsdə yerləşən səfirliyin açılışında iştirak etdi.
Qaynarinfo xəbər verir ki, ABŞ mediası bu addımına görə İvanka Trampı "Atasının kiçik qulyabanısı" adlandırıb. "New York Daily News" qəzeti Qəzzada insanların öldürülməsinə baxmayaraq İvankanın səfirliyin açılışı zamanı dayanmadan gülümsəməsini vurğulayıb.
Qeyd edək ki, 6 dekabr 2017-ci ildə Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı, dünən isə səfirlik Tel-Əvivdən Qüdsə köçürüldü. Bu addıma etiraz edən 35 min fələstinli dünən İsraillə sərhədə toplaşdı. Yaşanan qarşıdurmada İsrail 59 fələstinlini öldürüb, 2770 nəfər isə yaralanıb.
Gülşən