Xəbər lenti

ABŞ müdafiə nazirindən sərt Şimali Koreya açıqlaması
Dünya11:56 11.08.2017

ABŞ müdafiə nazirindən sərt Şimali Koreya açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ müdafiə naziri Ceyms Mattis Şimali Koreyanın Quam adasındakı ABŞ hərbi bazasını vurmaqla bağlı hədəsinə reaksiya verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mattis "İstənilən hücuma hazırıq, nə edəcəyimizi düşmənə demək fikrimiz yoxdur" deyib.

Nazir bir jurnalistin "Nüvə silahından istifadə ediləcəyi təqdirdə neçə nəfər insan öləcək" sualına "Mənim vəzifəm ehtiyac olan hərbi variantlara sahib olmaqdır. Xarici işlər naziri Reks Tillerson və ABŞ-ın BMT-dəki sözçüsü Nikki Halley problemin diplomatik həllinə çalışır. İstəyimiz bu yöndədir, müharibə istənilən halda fəlakət gətirəcək" cavabını verib.

Şimali Koreya və ABŞ arasındakı gərginliyə münasibət bildirən Çin və Yeni Zellandiya rəsmiləri tərəfləri diplomatik həll yolundan istifadəyə çağırıb.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər ABŞ-ın Şimali Koreya əleyhinə hazırladığı sanksiya layihəsinin BMT-də qəbulundan sonra daha da pisləşib. 

Gülşən

Qaynarinfo.Az