ABŞ soyuq müharibə dövründən sonra ilk dəfə B-52 bombardman təyyarələrinə nüvə raketi yerləşdirib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ hava qüvvələri generalı Deyvid Qoldfeyn "Dünya artıq təhlükəli yerdir və bu gün nüvə silahı barədə açıq-aşkar bəhs edən insanlar var. Artıq ABŞ və Sovet Respublikasından ibarət 2 qütb yoxdur, nüvə silahı olan başqaları da var" fikirlərini səsləndirib. Qoldfeyn "Qiyamət təyyarəsi" adını almış E-4B-lərin 24 saat hazır dayandlıqlarını da qeyd edib.
ABŞ prezidenti Donald Tramp dünən Şimali Koreya barədə açıqlama ilə yadda qalaraq "Necə hazırlıqlı olduğumuza inana bilmərsiniz" deyib.
Gülşən
Qaynarinfo.Az