Xəbər lenti

ABŞ rəsmisi Avropa İttifaqını təhqir etdi - VİDEO
Dünya09:07 07.02.2014

ABŞ rəsmisi Avropa İttifaqını təhqir etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnternetdə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ-ın Kiyevdəki səfiri Cefferi Payeti arasında olan  telefon danışığının səsyazısı yayılıb.

Virtualaz.org BBC-yə istinadən bildirir ki, səsyazısında yüksək vəzifəli diplomat Ukraynadakı vəziyyəti tənzimləmək istəyən Avropa İttifaqının ünvanına kifayət qədər təhqiramiz ifadələr işlədir. Belə ki, qadın-hansı ki, səsi Viktoriya Hulandı xatırladır,- Avropa İttifaqını mətbuata çıxarılması mümkün olmayan sözlərlə xarakterizə edir.

Bununla bağlı internetdə yayılan və Maydanın marionetkaları” adlandırılan video 4 dəqiqə 10 saniyə davam edir.

İngilis dilində aparılan danışığın tərcüməsi rus dilində subtitrlə müşayiət olunur.

Qaynar.info