Pentaqon müharibə vəziyyətində potensial düşmənə, xüsusən də Rusiya və Çinə qarşı hava hücumuna cavab verə biləcək bir sıra ucuz pilotsuz uçan aparatların (PUA) - Coyote Block 3-ün yaradılmasını başa çatdırıb.
Qaynarinfo xəbər verir ki, bu sistemə daxil olan PUA-lar yenidən hədəf ala, vəzifələrini dəyişdirə və koordinasiya edilmiş hücumlar edə biləcəklər. Bu sistem Qızıl Orda (Golden Horde) yüksək dəqiqlikli silah sisteminin bir hissəsi kimi fəaliyyət göstərmək gücündədir. Məqsəd eyni zamanda sinxronlaşdırılmış hücumlarla birlikdə birgə identifikasiya və hədəfləmə həyata keçirərkən prioritet təhlükə mühitinə cavab verməkdir.
Pilotsuz təyyarələrin aldadıcı kimi fəaliyyət göstərə biləcəyi də bildirilir. Bu hərbi texnikalar Pentaqon tərəfindən ABŞ-ın müxtəlif ordu sıralarına qəbul edilib.
Alpər