XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ sakini lotereyada 1 milyard dollardan çox pul uddu
Dünya16:40 13.08.2026

ABŞ sakini lotereyada 1 milyard dollardan çox pul uddu

ABŞ-ın İllinoys ştatının sakini “Powerball” lotereyasının 1 milyard dolları aşan cekpotunun sahibi olub.

Qaynarinfo xəbər verir ki, bu barədə tirajın təşkilatçılarının rəsmi saytı məlumat yayıb.

Açıqlamaya görə, bu, lotereya tarixində səkkizinci ən böyük uduşdur. İllinoysda satılan bilet çərşənbə axşamı axşamı çıxan altı rəqəmin hamısı ilə tam uyğun gəlib və iştirakçıya 1,04 milyard dollar məbləğində mükafat qazandırıb. Bu cekpot cari ilin əvvəlindən “Powerball” çərçivəsində qeydə alınan ən böyük uduş olub.

Qalib vəsaiti iki üsuldan biri ilə əldə edə bilər: birdəfəlik 450,5 milyon dollar ödənişini seçə və ya 29 il ərzində illik ödənişlər nəzərdə tutan annuitet variantından yararlana bilər. Hər iki məbləğin vergiyə cəlb olunacağı bildirilir.

Müqayisə üçün, lotereyanın mütləq rekordu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Həmin vaxt 2,04 milyard dollarlıq cekpot Kaliforniya sakini Edvin Kastroya düşüb. Bütün vergilər ödənildikdən sonra onun əldə etdiyi məbləğ 1 milyard dollardan az olub.

Aydın