
ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanda oktyabrın 17-də verilmiş əfv sərəncamı nəticəsində vətəndaş cəmiyyətinin dörd fəalının azadlığa buraxılmasını və oktyabrın 22-də problemli məhbuslarla bağlı birgə qrupun fəaliyyətini bərpa etməsini alqışlayır.
Qaynar.info saytı xəbər verir ki, səfirliyin bəyanatında deyilir: “Ümid edirik ki, bu kimi ruhlandırıcı addımlar yerli və beynəlxalq QHT-lərin üzləşdiyi məhdudiyyətlərin aradan qaldırılması da daxil olmaqla əlavə müsbət inkişafa təkan verəcək. Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır”.
Qaynar.info