"Ora qapalı bir toplumdur. Birbaşa heç nə eşitməmişəm, amma ölməmiş və ya iş qabiliyyətini itirməmişə, buna şok olaram. Çünki ölkədən çox bir təriqət olan Şimali Koreya kimi qapalı bir ölkədə bu tip şayiələrin sonsuza qədər davam etməsinə və sualların cavabsız qalmasına icazə verə bilməzsiniz".
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ senatoru Lindzi Qraham Şimali Koreya lideri Kim Çen İnin ölməsi ilə bağlı yayılan şayiələrə münasibət bildirərkən deyib. O, bildirib ki, Kim ölməsə, Şimali Koreya xalqının çəkdiyi əziyyətlər də qismən azalacaq:
"Prezident Donald Tramp Şimali Koreya ilə yaxın əlaqə qurmaq istəyir. Dolayısı ilə əgər bu adam ölsə, yerinə keçən şəxsin Şimali Koreyanı yaxşı bir ölkəyə çevirmək üçün Trampla əməkdaşlıq edəcəyinə ümid edirəm".
Qeyd edək ki, bir müddət öncə Şimali Koreya lideri Kim Çen İnin ürəyindən əməliyyat olunduğu və komada olması ilə bağlı xəbərlər yayılmışdı. Lakin ötən gün Şimali Koreyanın dövlət radiosu prezidentin səhhətinin qaydasında və işinin başında olduğunu açıqlamışdı.
Camal