Xəbər lenti

ABŞ Suriyadan da qoşunlarını geri çəkəcək? (ŞƏRH)
Dünya08:10 10.07.2021

ABŞ Suriyadan da qoşunlarını geri çəkəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın zamanlarda Vaşinqton Suriyadan da qoşunlarını geri çəkəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ Prezidenti Co Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında gerçəkləşən telefon danışığında tərəflərin müzakirə apardıqları kibertəhlükəsizlik və Suriya məsələsində razılığa gəlib-gəlməyəcəklərini analiz edərkən deyib. Bunun üçün həmsöhbətimizə görə, Vaşinqton bir sıra digər məsələlərdə Kremlə güzəştə getməlidir: 
"Kibertəhlükəsizlik və Suriya məsələləri uzun müddətdir ki, ABŞ-la Rusiya arasında müzakirə olunur. Baydenlə Putin bu yaxınlarda olan görüşdə də həmin məsələlərdə ümumi razılığa gələ bilmədilər. ABŞ, ümumiyyətlə, görürük ki, Yaxın və Orta Şərqdən qoşunlarını geri çəkir. Əfqanıstanda bu prosesi başa çatdırmaq üzrədir. Yaxın zamanlarda Vaşinqton Suriyadan da qoşunlarını geri çəkəcək”. 
Politoloq kibertəhlükəsizlik və Suriya məsələsində tərəflər arasında tezliklə razılıq əldə olunacağına inanmır: 
"Çünki ABŞ-ın Rusiyaya münasibəti çox sərtdir. ABŞ özü və müttəfiqlərinin yardımı ilə Rusiyanı hər tərəfdən əhatəyə almaqda davam edir. Onlar arasında müəyyən məsələlərdə razılıq ancaq qarşılıqlı güzəştlər fonunda mümkün ola bilər. Vaşinqton Moskvanın ciddi ehtiyac duyduğu sahələrdə güzəştə getməyəcəksə, Rusiya da ABŞ-ın kibertəhlükəsizlik və Suriya məsələsində istəklərinə adekvat cavab verməyəcək. Suriya və kibertəhlükəsizlik ABŞ-ın zəif nöqtələridir. Çünki bu sahələrdə Rusiya üstünlük əldə edib. Ona görə də ABŞ Rusiyaya qoyduğu sanksiyaları aradan qaldırmayınca, Qara dəniz və Ukraynadan əl çəkməyincə, ikinci də sözügedən iki məsələdə birinciyə heç bir güzəşt limiti tanımayacaq”. 
Rüfət Sultan